Ukraynanın bərpası üçün 800 milyard dollarlıq saziş imzalanacaq

Ukraynanın bərpası üçün 800 milyard dollarlıq saziş imzalanacaq

Dünya 10.01.2026 11:00 10

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 19-dan etibarən İsveçrədə keçiriləcək Davos İqtisadi Forumunda görüşərək Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı razılaşmanı yekunlaşdırması gözlənilir.

Az24.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, saziş çərçivəsində 10 il ərzində Ukraynanın yenidən qurulmasına 800 milyard dollar investisiya yatırılması planlaşdırılır.

Məlumata əsasən, Zelenski əvvəlcə Vaşinqtona səfər edərək həm iqtisadi yenidənqurma, həm də təhlükəsizlik zəmanətləri üzrə razılaşmaları eyni vaxtda bağlamağı nəzərdə tutsa da, Avropa mənbələrinin tövsiyəsindən sonra prioriteti Davosda iqtisadi sazişin yekunlaşdırılmasına verib.

Təhlükəsizlik zəmanətləri və sülh planının Davosda müzakirə olunub-olunmayacağı isə hələlik qeyri-müəyyən olaraq qalır.

Dəniz

Reklam