Ukraynadan şok hücum: Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid tankeri vurdu – VİDEO

Ukraynadan şok hücum: Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid tankeri vurdu – VİDEO

Dünya 19.12.2025 15:53 18

Ukraynanın Təhlükəsizlik Xidməti ilk dəfə Aralıq dənizinin neytral sularında Rusiyanın “kölgə donanması”na məxsus tankeri pilotsuz uçuş aparatları ilə vurub.

AZ24.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, çoxmərhələli əməliyyat nəticəsində Ukraynadan 2 min kilometrdən artıq məsafədə, Aralıq dənizinin neytral sularında “QENDIL” adlı, Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən tanker PUA-lar ilə vurulub. Bildirilir ki, tanker kritik zədələr alıb və artıq təyinatı üzrə istifadə edilə bilinməyəcək.

Reklam