Ukrayna vəziyyəti dəyişir – ATACMS raketləri ilə Rusiyaya zərbə endirdilər
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ şirkəti “Lockheed Martin Corporation” tərəfindən istehsal edilən ATACMS taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə olunduğunu açıqlayıb.
AZ24.az-ın məlumatına görə, Baş Qərargah bu barədə teleqram kanalında bildirib.
“Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ATACMS taktiki raket sistemlərindən uğurla istifadə edib. Bu, Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir”, – açıqlamada qeyd olunur.
Baş Qərargah əlavə edib ki, uzaq mənzilli silahların, xüsusən də ATACMS sistemlərinin istifadəsi davam edəcək.
***
Ukrayna ordusu ABŞ istehsalı olan ATACMS taktiki raket sistemlərindən istifadə edərək Rusiyanın nəzarətində olan ərazidə bir neçə hərbi hədəfi vurub.
AZ24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, hücumun dəqiq yeri açıqlanmır, lakin zərbələrin yüksək dəqiqlikli sursatlarla həyata keçirildiyi qeyd olunur. Bu əməliyyat Ukraynanın uzaqmənzilli hücum imkanlarını genişləndirir və bölgədə hərbi balansın dəyişə biləcəyi ehtimalını artırır.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir