Ukrayna Rusiya tankerlərini belə vurdu – VİDEO

Ukrayna Rusiya tankerlərini belə vurdu – VİDEO

Dünya 29.11.2025 20:57 37

Ukrayna Qara dənizdə Rusiyaya məxsus iki neft tankerinə dron zərbələri endirib.

AZ24.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyayanın “kölgə donanması”na aid olan “Kairos” və “Virat” adlı tankerlər dəniz dronlarının hücumuna məruz qalıb. “Kairos”da güclü partlayış və genişmiqyaslı yanğın qeydə alınıb, heyət üzvləri təxliyə olunub. “Virat” tankeri isə iki dəfə zərbə alaraq ciddi zədələnib. Hər iki gəmidə ekipaj üzvləri xəsarət almadan xilas edilib.

Ukrayna tərəfi bildirib ki, əməliyyat modernləşdirilmiş “Sea Baby” tipli dəniz dronları ilə həyata keçirilib və hədəflər Rusiya tərəfindən sanksiyaları pozmaq üçün istifadə edilən tankerlər olub.

Reklam