Ukrayna ilə sülh planı üzrə ciddi irəlləyiş əldə olunub
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bu gün ABŞ rəsmiləri ilə Cenevrədə keçirilən sülh danışıqlarında iştirak edib.
AZ24.az xəbər verir ki, görüşdə ABŞ dövlət katibi Marko Rubio və digər yüksək səviyyəli diplomatlar da yer alıb.
Danışıqlardan sonra Rubio mətbuata açıqlamasında bu görüşü “indiyədək keçirilən müzakirələrin ən məhsuldarı” kimi dəyərləndirib. Onun sözlərinə görə, tərəflər sülh planının əsas maddələri üzrə müəyyən yaxınlaşma əldə ediblər.
Yermak isə çıxışında prosesin hələ yekunlaşmadığını bildirib, lakin danışıqlarda “real irəliləyişin” olduğunu təsdiqləyib. O həmçinin qeyd edib ki, Ukraynanın suverenliyi, təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü müzakirələrin əsas mövzuları olaraq qalır.
ABŞ-ın təqdim etdiyi 28 maddəlik sülh planı ətrafında müzakirələr davam edir və yaxın günlərdə daha geniş formatlı görüşlərin keçirilməsi gözlənilir.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO