Ukrayna Azərbaycandan qaz almaq istəyir

Ukrayna Azərbaycandan qaz almaq istəyir

İqtisadiyyat 16.11.2025 16:50 6

Ukrayna qış aylarında enerji təminatını gücləndirmək məqsədilə Azərbaycanla təbii qaz tədarükü istiqamətində danışıqları aktiv fazaya keçirib.

Az24.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında mövzu ilə bağlı paylaşım edərək bildirib ki, payız-qış mövsümü üçün etibarlı enerji təminatı prioritetdir.

“Qış tədarükü üçün geniş imkanlar yaradırıq. Xüsusilə polşalı tərəfdaşlarımız vasitəsilə biz Azərbaycanla fəal işləyirik. Uzunmüddətli müqavilələrə ümid edirik”, – deyə Zelenski vurğulayıb.

Reklam