UEFA Konfrans Liqası – IV turun nəticələri
UEFA Konfrans Liqasının Liqa mərhələsində 4-cü turun matçları keçirilib. Ənənəvi olaraq 18 görüşün hamısı eyni gündə oynanılıb.
İlk 3 görüşün hamısında qalib gələn və turnir cədvəlinin lideri olan Türkiyənin “Samsunspor” klubu bu dəfə İslandiyada “Breydablik”lə heç-heçə edib.
“Fiorentina” AEK-ə uduzub. “Rayo Valyekano” isə səfərdə “Slovan”a məğlub olub.
UEFA Konfrans Liqası, Liqa mərhələsi, 4-cü tur
“AZ Alkmaar” (Niderland) – “Şelbrun” (İrlandiya) – 2:0
“Slovan” (Slovakiya) – “Rayo Valyekano” (İspaniya) – 2:1
“Lex” (Polşa) – “Lozanna” (İsveçrə) – 2:0
“Omoniya” (Kipr) – “Dinamo” (Kiyev, Ukrayna) – 2:0
“Zrinski” (Bosniya və Herseqovina) – “Hakken” (İsveç) – 2:1
“Siqma” (Çexiya) – “Selye” (Sloveniya) – 2:1
“Rakuv” (Polşa) – “Rapid” (Avstriya) – 4:1
“Universitatya” (Rumıniya) – “Maynts” (Almaniya) – 1:0
“Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) – 3:1
“Fiorentina” (İtaliya) – AEK (Yunanıstan) – 0:1
“Legiya” (Polşa) – “Sparta” (Çexiya) – 0:1
“Şemrok Rovers” (İrlandiya) – “Şaxtyor” (Ukrayna) – 1:2
“Strasburq”” (Fransa) – “Kristal Pelas” (İngiltərə) – 2:1
“Yagelloniya” (Polşa) – “KuPS” (Finlandiya) – 1:0
“Riyeka” (Xorvatiya) – AEK (Larnaka, Kipr) – 0:0
“Aberdin” (Şotlandiya) – “Noa” (Ermənistan) – 1:1
“Drita” (Kosovo) – “Şkendiya” (Şimali Makedoniya) – 1:0
“Breydablik” (İslandiya) – “Samsunspor” (Türkiyə) – 2:2.
Reklam
Oxşar xəbərlər
“Qarabağ” məğlub oldu
Bu gün “Qarabağ”ın oyunu var
“Qarabağ”ın yeni transferinin kimliyi bilindi – O, artıq Bakıdadır!
“Qarabağ” ilk transferini reallaşdırdı
“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım – VİDEO
“Qarabağ” – “Nyukasl” matçının saatı açıqlandı
“Qarabağ” bu mövsüm nə qədər qazanıb?
“Beşiktaş” heyətini “İnter”in futbolçusu ilə gücləndirdi