Uçan taksilər üçün vertiport tikilir

Uçan taksilər üçün vertiport tikilir

Dünya 03.01.2026 19:16 15

İsrailin Tel-Əviv şəhərində uçan taksilər üçün ölkənin ilk uçuş-enmə zolağının (vertiportun) tikintisinə başlanılıb.

Az24.az xəbər verir ki, layihə Atidim Park ərazisində həyata keçirilir və ilkin mərhələdə tibbi dronların, gələcəkdə isə elektriklə işləyən hava taksilərinin istifadəsi üçün nəzərdə tutulub.

Layihə rəhbərləri bildirirlər ki, vertiportun kommersiya məqsədli ictimai istifadə üçün 2028-ci ilin əvvəllərində fəaliyyətə başlaması gözlənilir.

Mütəxəssislər bildirirlər ki, bu addım şəhərdə nəqliyyat sıxlığının azaldılmasına və urban hava nəqliyyatının inkişafına xidmət edəcək.

Reklam