Üç nəfərin öldüyü yanan bina ilə bağlı YENİ XƏBƏR var- VİDEO
Tüstüdən qaralan işıqsız koridorlar və his qoxan divarlar… Söhbət təxminən 10 gün əvvəl Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın hadisəsinin baş verdiyi yaşayış binasından gedir.
Az24.az Xəzər TV-yə istinadən xəbər verir ki, faciədən sonra binada yanğının fəsadlarının aradan qaldırılmasına və təmir işlərinə başlanılıb.
Sakinlərin verdiyi məlumata görə, təmir işləri artıq intensivləşib: “Burada artıq ikinci mərtəbədən başlayaraq təmir işləri başlanılıb. Artıq bu gün konkret olaraq təmir işlərinə başlanılıb. Hazırda bizə söz də verilib ki, bu günlərdə qismən bir xəttin bərpa olunması yolu ilə işıq verilsin”.
Yanğın nəticəsində 17 mərtəbəli bina boşaldılıb və sakinlər başqa evlərdə müvəqqəti məskunlaşdırılıblar. Lakin cəmi bir neçə mənzildə getməyə yeri olmayan sakinlər qalıblar.
Təmir işlərinin tam başa çatması və binanın normal yaşayış rejiminə qayıtması üçün işlər davam etdirilir.
Daha ətraflı videomaterialda:
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq