Türkiyəli tələbələr Naxçıvanda dəm qazdan boğuldular

Türkiyəli tələbələr Naxçıvanda dəm qazdan boğuldular

Hadisə 14.01.2026 22:35 3

Naxçıvanda dəm qazı sızması nəticəsində iki tələbə ölüb.

AZ24.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

Dəm qazının sızması nəticəsində Türkiyə vətəndaşı olan iki tələbə – Ahmet və Büşra həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Reklam