Türkiyəli məşhur aktyorla bağlı üzücü xəbər

Türkiyəli məşhur aktyorla bağlı üzücü xəbər

Dünya 16.01.2026 15:32 5

Türkiyəli aktyor Ufuk Özkanın səhhəti ilə bağlı narahatedici məlumat yayılıb.

AZ24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaraciyər nəqli üçün uyğun donor gözləyən aktyorun vəziyyəti ağır olaraq qalır.

Aktyorun qardaşı Umut Özkan bildirib ki, həkimlər tərəfindən orqan nəqli qərarı verilib və uyğun donör tapılanadək Ufuk Özkanın xəstəxanadan buraxılmasına icazə verilmir. Onun sözlərinə görə, hazırda əsas diqqət nəql prosesinə yönəlib, aktyor serumla qidalanır və vəziyyəti ciddi nəzarət altındadır.

Reklam