Türkiyədə serialın qəfil final səbəbi məlum oldu: İşçisi oteldə döyülərək öldürülüb

Türkiyədə serialın qəfil final səbəbi məlum oldu: İşçisi oteldə döyülərək öldürülüb

Dünya 26.12.2025 19:43 55

Türkiyənin Rizə şəhərində çəkilən “Gözleri Karadeniz” serialının işçisi Ahmet Emin Yavuk dekabrın 16-da komada olduğu xəstəxanada dünyasını dəyişib.

AZ24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Yavuk otel otağında döyülüb. Serialın aktyoru Kerem Arslanoğlu sosial şəbəkədə paylaşım edərək hadisənin təfərrüatlarını açıqlayıb. O bildirib ki, dostu Yavukun öldürülməsi serialın qəfil bitməsinin əsas səbəbi olub.

Arslanoğlunun sözlərinə görə, oteldə qohum olan bir qrup şəxs arasında münaqişə yaranıb. Ahmet Emin Yavuk, mübahisəni ayırmağa çalışarkən digər şəxslər tərəfindən zorakılığa məruz qalıb. Arslanoğlu hadisənin “düşmə” və ya təsadüfi qəzadan qaynaqlandığı xəbərlərin doğru olmadığını vurğulayıb.

Serialın komandası və hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıblar. Kerem Arslanoğlu bildirib ki, belə halların təkrarlanmaması üçün məsul şəxslərin üzərinə ciddi tədbirlər götürülməlidir.

Reklam