Türkiyədə məşhur aparıcılar saxlanıldı

Türkiyədə məşhur aparıcılar saxlanıldı

Dünya 05.12.2025 15:14 21

Türkiyədə tanınmış televiziya aparıcıları Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu jandarma qruplarının keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar.

AZ24.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aparıcılar İstanbulda aparılan genişmiqyaslı narkotik əməliyyatı çərçivəsində nəzarətə götürülüb.

Hazırda istintaq davam edir və əməliyyatın detalları barədə rəsmi açıqlama verilməyib. Bildirilir ki, əməliyyat zamanı başqa tanınmış şəxslərin də saxlanıldığı ehtimal olunur.

Reklam