Türkiyədə mərc oyunlarına görə 102 futbolçu cəzalandırıldı

Türkiyədə mərc oyunlarına görə 102 futbolçu cəzalandırıldı

İdman 13.11.2025 17:42 2

Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) mərc qalmaqalı ilə bağlı qərarları açıqlanıb.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Superliqa və 1-ci Liqadan ümumilikdə 102 futbolçu mərc oyunlarında iştirak etdiyinə görə diskvalifikasiya edilib.

 “Qalatasaray”dan Eren Elmalı 45 gün, Metehan Baltacı isə 9 ay müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Mərc səbəbilə PFDK-ya göndərilən yeganə əcnəbi futbolçu — “Konyaspor”dan Alassane Ndao isə 12 aylıq cəza alıb.

“Qalatasaray” futbolçularından Eren Elmalı 45 gün, Metehan Baltacı isə 9 ay müddətinə yarışlardan uzaqlaşdırılıb. “Konyaspor”un legioneri Alassane Ndao isə 12 ay cəza alıb.

56 futbolçu 45 gün, 25 nəfər 3 ay, 10 nəfər 6 ay, 5 nəfər 9 aylıq cəza alıb.

Dəniz

Reklam