Türkiyədə lahmacun və pidedən zəhərlənmə – Onlarla şəxs xəstəxanaya yerləşdirildi
Türkiyədə qida zəhərlənməsi ilə bağlı iki ayrı bölgədə ciddi hadisə qeydə alınıb.
AZ24.az xəbər verir ki, İstanbulun Şişli rayonunda bir restoranda lahmacun yeyən 25 nəfər halsızlıq, qarın ağrısı və qusma şikayətləri ilə xəstəxanaya aparılıb.
Hadisənin digər hissəsi Gümüşhanenin Kelkit ilçəsində baş verib. Burada tələbə yataqxanasında qalan 29 tələbə xaricdən sifariş olunan pideni yedikdən sonra özlərini pis hiss edib və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hər iki bölgədə zəhərlənənlərin vəziyyətinin əsasən stabil olduğu bildirilib. Səhiyyə qurumları qida nümunələrini analiz üçün götürüb, restoran və iaşə obyektlərində yoxlamalara başlayıb.
Mütəxəssislər bildirirlər ki, Türkiyədə son vaxtlar qida təhlükəsizliyi ilə bağlı zəhərlənmə hallarının artması ciddi narahatlıq doğurur. Hadisələr ölkədə qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir