Türkiyədə İŞİD-ə qarşı əməliyyat – Polislər xəsarət aldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – Polislər xəsarət aldı

Dünya 29.12.2025 09:37 9

Türkiyədə hüquq-mühafizə orqanları Yalova vilayətində İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirib.

Az24.az-ın məlumatına görə, əməliyyat zamanı şübhəli şəxslər polisə silahlı müqavimət göstərərək atəş açıblar. Qarşıdurma nəticəsində yeddi polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə dərhal xüsusi təyinatlı qüvvələr cəlb olunub. Bildirilir ki, gecə saatlarında başlayan silahlı toqquşma bir neçə saat davam edib. Yaralanan polis əməkdaşlarının həyatı üçün təhlükə olmadığı, səhhətlərinin stabil olduğu qeyd olunur.

Reklam