Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı

Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı

Dünya 25.11.2025 21:20 21

İstanbulda qaldıqları oteldə həyatını itirən Böcek ailəsinin ölüm səbəbi müəyyənləşib.

AZ24.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumatda bidirilir ki, ekspertiza rəyinə görə, ailənin qaldığı otaqdan götürülən nümunələrdə fosfin qazı aşkarlanıb. Qazın yüksək təsiri ailə üzvlərinin qəfil halının pisləşməsinə və həyatlarını itirməsinə səbəb olub.

Sərvət və Çiğdəm Böcek, həmçinin onların 6 yaşlı oğulları və 3 yaşlı qızları xəstəxanaya çatdırılsalar da, xilas edilə bilməyiblər.

İstintaq fosfin qazının otağa hansı şəraitdə yayıldığını araşdırır. Fosfin — adətən zərərvericilərə qarşı istifadə edilən, qapalı məkanda nəzarətsiz tətbiq olunduqda son dərəcə təhlükəli olan kimyəvi qazdır. Qoxusuz və sürətlə təsir etdiyi üçün insan orqanizmi onu hiss etmədən zəhərlənə bilər.

Qeyd edək ki, hadisə ilə bağlı ilkin günlərdə ailənin zəhərləndiyi iddia olunmuşdu.

Reklam