Türkiyədə ard-arda zəlzələlər qeydə alındı

Türkiyədə ard-arda zəlzələlər qeydə alındı

Dünya 12.12.2025 22:32 28

Türkiyədə həm Qara dəniz, həm də Aralıq dənizi sahillərində ardıcıl zəlzələlər baş verib.

AZ24.az xəbər verir ki, əvvəlcə Kastamonunun Cidə sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb. AFAD-ın məlumatına görə, ocaq dərinliyi 6,7 km olub.

Bundan bir neçə dəqiqə sonra isə Aralıq dənizində, Mersin sahillərində 3,5 və ardınca 4,2 bal gücündə daha iki zəlzələ baş verib. Rəsmi qurumlar tərəfindən dağıntı və ya xəsarət barədə məlumat verilməyib.

Reklam