Türkiyə XİN: Venesueladakı hadisələri yaxından izləyirik

Türkiyə XİN: Venesueladakı hadisələri yaxından izləyirik

Dünya 03.01.2026 20:31 10

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ ilə Venesuela arasında yaşanan son hadisələrlə bağlı açıqlama yayıb.

AZ24.az xəbər verir ki, Nazirliyin bəyanatında Venesuelada baş verən proseslərin diqqətlə izlənildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, Türkiyə Venesuelanın sabitliyinə, eləcə də ölkə xalqının sülh və rifahına xüsusi əhəmiyyət verir.

Bəyanatda mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik baxımından mənfi nəticələr doğurmamasının vacibliyi vurğulanıb və bütün tərəflərə təmkinli davranmaq çağırışı edilib.

Türkiyə Xarici İşlər Nazirliyi həmçinin Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarı olduqlarını bildirib və bu istiqamətdə hər cür konstruktiv töhfə verməyə hazır olduqlarını bəyan edib.

Reklam