Türkiyə Ukraynaya ordu göndərir? – AÇIQLAMA

Türkiyə Ukraynaya ordu göndərir? – AÇIQLAMA

Dünya 27.11.2025 21:14 81

Türkiyənin Ukraynaya hərbi qüvvə göndərməsi məsələsi Ankara tərəfindən yalnız Rusiya–Ukrayna cəbhəsində atəşkəs əldə olunduqdan sonra gündəmə gətirilə bilər.

AZ24.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Xəbərlərdə bildirilir ki, ilk mərhələdə döyüşlərin dayandırılması təmin edilməli, daha sonra mümkün beynəlxalq missiyanın çərçivəsi və iştirak edəcək ölkələrin öhdəlikləri dəqiq müəyyənləşdirilməlidir.

Türkiyə Silahlı Qüvvələrinin bölgədə sülh və sabitliyə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu vurğulanır.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniya da Ukraynaya hərbi personal göndərmə planını təsdiqləmişdi.

Reklam