Türkiyə üç böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək

Türkiyə üç böyük beynəlxalq tədbirə ev sahibliyi edəcək

Dünya 04.12.2025 15:50 20

Türkiyə 2026-cı ildə üç böyük beynəlxalq tədbirə – COP31 İqlim Zirvəsi, NATO Dövlət və Hökumət Başçıları Zirvəsi və Türk Dövlətləri Təşkilatı (TDT) 13-cü Zirvəsinə ev sahibliyi edəcək.

Az24.az xəbər verir ki, COP31-in İstanbulda, əsas konfransların isə Antalyada keçirilməsi planlaşdırılır.

NATO Zirvəsi iyul ayında Ankarada baş tutacaq.

TDT Zirvəsi də həmin il Türkiyədə təşkil olunacaq.

Bu tədbirlər Türkiyənin qlobal diplomatiyada artan rolunu və beynəlxalq gündəmin formalaşdırılmasında getdikcə güclənən mövqeyini göstərir.

Dəniz

Reklam