Türkiyə kosmosda tarixə keçdi: İlk hibrit orbit aparatı uğurlu manevr etdi

Türkiyə kosmosda tarixə keçdi: İlk hibrit orbit aparatı uğurlu manevr etdi

Dünya 06.12.2025 21:41 26

Türkiyənin ilk yerli istehsal olunan hibrit orbit aparatı FGN-TUG-S01 bu gün kosmosda kritik sınağı uğurla keçib.

AZ24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, aparat “Fergani” Kosmik Texnologiyaları tərəfindən hazırlanıb və həm maye, həm də bərk yanacaqla işləyən hibrit mühərrik sistemi ilə təchiz olunub.

Aparılan sınaq zamanı aparatın mühərriki aktivləşdirilib və 530 km yüksəklikdə olan orbitindən 720 km hündürlüyə qalxması təmin edilib. Bu, Türkiyənin kosmik proqramında bir ilkdir – yerli istehsal hibrit mühərrikli aparat kosmosda orbit dəyişmə manevrini uğurla gerçəkləşdirib.

Rəsmi açıqlamada bildirilib ki, FGN-TUG-S01 gələcəkdə “Uluğ Bey” adlanan milli kosmik naviqasiya sistemi və digər orbit layihələrində əsas funksional element kimi istifadə olunacaq.

Bu uğur Türkiyənin “yerli və milli kosmik texnologiyalar” strategiyasında mühüm mərhələ hesab olunur.

Reklam