Türkiyə hava məkanında Liviya Baş Qərargah rəisinin olduğu təyyarə ilə əlaqə kəsilib

Türkiyə hava məkanında Liviya Baş Qərargah rəisinin olduğu təyyarə ilə əlaqə kəsilib

Dünya 23.12.2025 23:21 38

Türkiyə hava məkanında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddadın olduğu deyilən təyyarə ilə əlaqə kəsilib.

AZ24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə bu gün Ankara Əsənboğa Hava Limanından Tripoli istiqamətinə uçan Dassault Falcon 50 tipli xüsusi iş jetində baş verib. Təyyarədə Baş Qərargah rəisi və 5 nəfərlik nümayəndə heyəti, həmçinin uçuş heyətində 2 pilot və 1 bort bələdçisi olub.

Qeyd edilir ki, Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu və Milli Müdafiə naziri Yaşar Güler ilə görüş keçirib.

Reklam