Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır

Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır

Dünya 03.12.2025 14:37 2

Türkiyə Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açma ehtimalını müzakirə edir.

Az24.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi adının açıqlanmasını istəməyən mənbələrə əsaslanaraq məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, sərhədin açılması Avropada Soyuq Müharibə dönəmindən qalan son qapalı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və Cənubi Qafqazda ticarət, nəqliyyat və kommunikasiyanın xəritəsini dəyişdirə bilər.

Məlumatlı mənbələr bildirir ki, Ankara sərhədin açılmasına yalnız bir şərtlə razıdır – Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, Türkiyə də quru sərhədini açmağa hazır olacaq.

Xatırladaq ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb.

Reklam