Trampın kürsüdə etdiyi hərəkətlər müzakirələrə səbəb oldu – VİDEO

Trampın kürsüdə etdiyi hərəkətlər müzakirələrə səbəb oldu – VİDEO

Dünya 06.01.2026 22:10 25

ABŞ Prezidenti Donald Trampın Respublikaçı konqres üzvləri qarşısında çıxışı zamanı kürsüdə nümayiş etdirdiyi qeyri-adi davranışlar dünya ictimaiyyətinin diqqətini cəlb edib.

AZ24.az xəbər verir ki, görüş zamanı Tramp çıxış edərək bir sıra daxili və xarici siyasət məsələlərinə toxunub. O cümlədən Venesuela ilə bağlı həyata keçirilən əməliyyat barədə açıqlamalar verib.

Çıxışının müəyyən hissəsində Trampın kürsüdə əl və üz hərəkətləri ilə etdiyi təqlidlər diqqətdən yayınmayıb. ABŞ prezidentinin bu davranışları zalda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Donald Trampın çıxışları zamanı sərgilədiyi qeyri-adi davranışlar daha əvvəl də müxtəlif müzakirələrə səbəb olub.

Reklam