Trampdan Ukrayna ilə bağlı VACİB AÇIQLAMA

Trampdan Ukrayna ilə bağlı VACİB AÇIQLAMA

Siyasət 26.11.2025 16:13 1

ABŞ prezidenti Donald Tramp Ukraynanın müəyyən ərazilərinin yaxın aylarda Rusiyanın nəzarətinə keçə biləcəyini istisna etmədiyini bildirib.

Az24.az xəbər verir ki, Tramp Avropa tərəfdaşları ilə Kiyev üçün təhlükəsizlik təminatları mövzusunun müzakirə olunduğunu da qeyd edib.

O xatırladıb ki, daha əvvəl Müqəddəs Şükranlıq Gününü Ukraynanın sülh razılaşmasına razılıq verə biləcəyi tarix kimi göstərmişdi, lakin həmin bəyanatından geri çəkilərək əsas məqsədinin mümkün qədər tez razılaşmaya nail olmaq olduğunu deyib.

“Mənim üçün müddət müharibənin bitdiyi andır”, – deyə Donald Tramp əlavə edib. (musavat.com)

Reklam