Trampdan “Qızıl Kart” proqramı: 1 milyon dollar ödəyənlərə sürətli vətəndaşlıq

Trampdan “Qızıl Kart” proqramı: 1 milyon dollar ödəyənlərə sürətli vətəndaşlıq

Dünya 11.12.2025 12:25 22

ABŞ Prezidenti Donald Tramp varlı xarici vətəndaşlar üçün yeni “Qızı Kart” proqramını təqdim edib.

AZ24.az xəbər verir ki, BBC-nin məlumatına görə, ən azı 1 milyon dollar ödəyən şəxslərə sürətləndirilmiş yaşayış icazəsi və vətəndaşlığa gedən yol təklif olunur. Şirkətlər bu viza ilə işçi götürdükdə 2 milyon dollar ödəməli olacaq. Daha yüksək kateqoriya olan “Platin Kart” isə 5 milyon dollar qarşılığında xüsusi vergi üstünlükləri verir.

Viza müraciəti üçün geri qaytarılmayan 15 min dollar xidmət haqqı tələb edilir. Təşəbbüs Demokratlar tərəfindən tənqid olunsa da, Tramp proqramın “yüksək səviyyəli mütəxəssisləri” hədəflədiyini bildirir.

ABŞ bəzi ölkələrdən gələn turistlər üçün yeni qayda təklif edib. Təklifə əsasən, ABŞ-a daxil olmaq istəyənlərdən son 5 ilin sosial media hesabları tələb oluna bilər. Tramp bu addımı “təhlükəsizlik məqsədli” olduğunu açıqlayıb.

Reklam