Tramp İranı yenidən təhdid etdi: “Müdaxiləyə hazırıq”
ABŞ Prezidenti Donald Tramp, İranda davam edən etirazlar fonunda Tehran rəhbərliyinə qarşı növbəti sərt bəyanat verib. Tramp Vaşinqtonun hadisələrə hərbi müdaxilə etməyə hazır olduğunu bildirib və “İran azadlığa heç vaxt olmadığı qədər yaxındır” ifadəsini işlədib.
AZ24.az xəbər verir ki, ABŞ Prezidenti sosial media hesabında və Ağ Evdə keçirdiyi mətbuat konfransında vurğulayıb ki, əgər İranda nümayişçilərə qarşı zorakılıq davam edərsə, ABŞ müdaxilə etməyə hazırdır. Tramp həmçinin bildirib ki, bir neçə həftə əvvəl heç kimin ağlına gəlməyən hadisələr baş verib və xalq bəzi şəhərlərdə idarəçiliyi ələ keçirib.
İranda 28 dekabr 2025-ci ildə başlayan etirazlarda rəsmi olmayan məlumatlara görə, 15-i təhlükəsizlik əməkdaşı olmaqla 65 nəfər həlak olub, 2 311 nəfər isə saxlanılıb. Etirazların əsas səbəbi yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və yaşayış xərclərinin artmasıdır.
İranın ali lideri Əli Xamaney isə Trampa cavab olaraq ölkəsinin işlərinə qarışmağa çağırıb və ABŞ-ni nümayişçiləri təhrik etməkdə ittiham edib.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO