“Trabzonspor” – “Beşiktaş” matçı 6 qollu heç-heçə ilə bitdi

“Trabzonspor” – “Beşiktaş” matçı 6 qollu heç-heçə ilə bitdi

İdman 14.12.2025 23:06 18

Türkiyə Super Liqasının 16-cı turunda ilin son derbisində “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

AZ24.az xəbər verir ki, 6 qollu qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə “Beşiktaş” 38-ci dəqiqədən etibarən El Bilal Turenin birbaşa qırmızı vərəqə alması səbəbindən oyunu 10 nəfərlə davam etdirib. Buna baxmayaraq, tərəflər qalib müəyyən edə bilməyib.

Bu nəticədən sonra “Trabzonspor” 35, “Beşiktaş” isə 26 xala yüksəlib.

Reklam