Toral Bayramov da millidən çıxarıldı

Toral Bayramov da millidən çıxarıldı

İdman 15.11.2025 11:28 49

Qarabağ”ın futbolçusu Toral Bayramov Azərbaycan millisinin heyətindən çıxarılıb.

Az24.az xəbər verir ki, AFFA yaydığı açıqlamada futbolçunun zədə səbəbindən milli komandanın toplanışını tərk etdiyini bildirib.

Xatırladaq ki, Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın digər müdafiəçisi Elvin Cəfərquliyev də yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılmışdı.

Reklam