Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
Müğənni Sevinc Ağaşirinovanın aparıcı İsa Şükürovun “Öz aramızda” verilişinə geyindiyi açıq-saçıq libası etirazlara səbəb olub.
Az24.az xəbər verir ki, teleaparıcı və prodüser canlı yayıma zəng edərək müğənninin geyimini tənqid edib.
“Efirə çox vulqar geyinmisən. Sinən metr yarım çöldə qalıb. Sən öz geyimindən rahat ola bilərsən, amma unutma ki, bura televiziyadır. Mənim efirimə belə gələ bilməzsən, səni bu geyimdə efirə buraxmaram. Sənin geyimin indi gündəm oldu sosial şəbəkələrdə. Bu sənin xeyrinədir, çünki sən reklama gəlmisən. Sənin bu geyimin axşam verilişinə uyğun olardı, günorta verilişi üçün deyil. Bu geyim sənin bədən ölçülərinə uyğun deyil. Mən sənin yerində olsaydım, bu paltarlara bu qədər pul verib alınca, yaxşı mahnılar alardım, kliplər çəkdirərdim.”
Müğənni Tolikin iradları ilə razılaşmayıb, bu geyimdə çox sərbəst olduğunu bildirib.
S.Ağaşirinova Tolikin efirə zəng edib belə bir şəkildə irad bildirməsini də qəbul etməyib.
Ətraflı videoda:
Dəniz
Reklam
Oxşar xəbərlər
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu
Yıldız Tilbedən illər sonra gələn ETİRAF: Sağ qulağım eşitmir
Məhkəmə Rəqsanə ilə bağlı QƏRAR VERDİ