Tokayev İlham Əliyevə təşəkkür etdi
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Ermənistana tanzit yükdaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Tokayev Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün yekunlarına dair KİV nümayəndələrinə danışıb.
“Azərbaycan liderinə sanksiyaların ləğvi və ölkəsinin ərazisi vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaradılması barədə qərar verdiyinə görə minnətdarlığımı bildirirəm. Belə ki, cari ilin noyabr ayında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 1 min ton həcmində Qazaxıstan buğdasının ilk partiyası çatdırılıb. Bu təşəbbüs xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir”,- deyə Tokayev bildirib.
Onun sözlərinə görə, Qazaxıstan Ermənistana yüksək keyfiyyətli taxıl məhsulları və digər malları müntəzəm əsasda tədarük etməyə hazırdır.
“Bu istiqamətin daha da inkişafı üçün bütün zəruri səyləri göstərməyə razılaşdıq”, – dövlət başçısı qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 21 oktyabr tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında Azərbaycan işğal dövründən mövcud olan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bildirmişdi.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı