Tıxaclara ÇARƏ: Azərbaycanda iş qrafikləri bu tarixdə dəyişə bilər
“2026-cı ildən ölkəmizdə iş qrafiklərinin dəyişdirilməsinin təsdiqi və tətbiqi baş tuta bilər”.
AZ24.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili qeyd edib ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramında bu məsələ prioritet istiqamətlərdən biri kimi yer alıb.
İqtisadçı Rəşad Həsənov isə bildirib ki burada əsas diqqət yeriməli olan məqamlar bir-biri ilə qarşılıqli şəkildə əlaqəli, yaxud münasibətləri sıx olan sektorların qrafiklərinin bir-birindən fərqlendirilməməsi məsələsi olmalıdır. İqtisadçı qeyd edib ki, tövsiyə əsasında, xüsusilə istehsalat sahəsinin iş saatlarının dəyidirilməsi imkanları çox genişdir. O, bununla bağlı dünya təcrübəsinə də diqqət çəkib:
İqtisadçı bildirib ki, iş qrafiklərinə dəyişikliklərin edilməsi ilə bağlı məsələ Bakı şəhərində tıxacların idarə olunması, nəqliyyat sıxlığının aradan qaldırılması siyasəti çərçivəsində nəzərdə tutulur və bununla bağlı hazırlanmış strategiyada müvafiq əsaslar müəyyən edilib.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək