“TikTok” 2026-ci ildən yeni qaydalar gətirir – Daha çox hesab bloklanacaq

“TikTok” 2026-ci ildən yeni qaydalar gətirir – Daha çox hesab bloklanacaq

Texnologiya 06.12.2025 22:17 15

“TikTok” 2026-cı ildən etibarən təhlükəsizlik və məzmun siyasətlərini sərtləşdirəcəyini açıqlayıb.

AZ24.az xəbər verir ki, yeni qaydalar tətbiq olunduqdan sonra hesabların bloklanma halları artacaq.

Yeni sistem saxta izləyici və bəyənmə xidmətlərindən istifadə edən profilləri dərhal bloklayacaq. Botlarla şişirdilmiş statistika, pulla izləyici almaq və avtomatlaşdırılmış şərh sistemləri aşkar olunduğu anda hesablar məhdudlaşdırılacaq. Müəlliflik hüququ pozan, kopyalanmış və “watermark” (müəllif işarəsi qalmış video) saxlanılmış videolara qarşı da nəzarət artırılır.

“TikTok” həmçinin 16 yaşdan aşağı istifadəçilərlə bağlı təhlükəsizlik qaydalarını gücləndirir. Uşaqlar üçün risk yaradan çağırış videoları və zərərli trendlər tamamilə qadağan ediləcək. Dezinformasiya və siyasi manipulyasiya yayan profillər isə yeni alqoritm vasitəsilə avtomatik aşkarlanacaq.

Şirkət bildirir ki, hesabı bağlanan istifadəçilər tətbiq daxilində apellyasiya edə biləcək.

Altay

Reklam