Tez yuxuya getməyinizə kömək edəcək 6 SADƏ VƏRDİŞ
Dünya üzrə milyonlarla insan hər gecə yuxuya getməkdə çətinlik çəkir. Yuxusuzluq həm fiziki sağlamlığa, həm zehni performansa, həm də gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, yuxu rejimini yaxşılaşdırmaq üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Kiçik, amma düzgün vərdişlər yuxuya keçid müddətini xeyli qısalda bilər. Böyük Britaniyada fəaliyyət göstərən bir yuxu dəstək təşkilatının mütəxəssisləri gecə yuxusunu gücləndirən altı əsas vərdişi paylaşıblar.
Müntəzəm yuxu rejimi yaradın
Mütəxəssislərə görə, hər gün eyni saatda yatmaq və oyanmaq bioloji saatın tarazlanmasına kömək edir. Tətil və ya gərgin dövrlərdə bu rejim pozulsa belə, tamamilə dağılmaqdansa, kiçik dəyişikliklərlə qorunması daha sağlam hesab olunur. Gec yatılan gecələrdən sonra ertəsi gün çox gec saatlara qədər yatmamaq rejimin daha tez bərpa olunmasına yardım edir.
Yatmazdan əvvəl “sakitlik pəncərəsi” yaradın
Yuxuya getmədən təxminən iyirmi dəqiqə əvvəl ekranlardan uzaq durmağın vacibliyi vurğulanır. Bu müddətdə kompüter, telefon və planşetdən istifadəni dayandırmaq, işıqları azaltmaq və zehni günün gərginliyindən uzaqlaşdırmaq tövsiyə olunur. Mütəxəssislər bildirir ki, bu keçid mərhələsi bədənə “yuxu vaxtıdır” siqnalı verir.
Rahatladıcı axşam mühiti qurun
Evdəki mühitin yuxu keyfiyyətinə birbaşa təsir etdiyi qeyd olunur. Zəif işıqlandırma, sakit və yüngül musiqi, rahat geyim kimi kiçik detallarla axşam saatlarını daha huzurlu etmək mümkündür. İlıq duş və ya vanna qəbul etməyin də bədəni rahatladaraq yuxuya hazırladığı bildirilir.
Otaq temperaturunu tarazlayın
Mütəxəssislərin fikrincə, ideal yuxu otağı temperaturu on altı ilə on səkkiz dərəcə arasında olmalıdır. Soyuq havalarda qalın pijama, corab və uyğun yorğan tövsiyə edilir. Xüsusilə yuxuya getməzdən əvvəl əllərin və ayaqların isti saxlanmasının prosesi sürətləndirdiyi qeyd olunur.
Yatmazdan əvvəl ağır yeməklərdən uzaq durun
Gec saatlarda yeyilən ağır, yağlı və ya şirin qidaların həzmi çətinləşdirdiyi və narahatlıq yaratdığı vurğulanır. Alkoqolun isə əvvəlcə yuxululuq hissi versə də, gecə boyu yuxu keyfiyyətini azaltdığı və tez-tez oyanmalara səbəb olduğu diqqətə çatdırılır.
Ardıcıl olun və ritualınızı qoruyun
Mütəxəssislər hər axşam oxşar bir yuxuöncəsi rutin formalaşdırmağın və bunu mümkün qədər hər gün davam etdirməyin vacibliyini bildirirlər. Yuxuya hazırlığı bir vərdişə çevirmək həm zehni, həm də fiziki rahatlama yaradır. Yaxşı yuxunun gündəlik enerji səviyyəsini artırdığı və stresslə mübarizə gücünü yüksəltdiyi qeyd olunur.
Dəniz
Reklam
Oxşar xəbərlər
Oyanan kimi BUNU ETMƏYİN! – Çox zərərlidir
Bitkilərlə evdə stressi azaltmaq: Lavanda və nanənin FAYDALARI
Xərçəngin dərmanı bu heyvanın bağırsaqlarında imiş
Bu qarışım saçları 5 sm uzadır
Orqanları aktiv şəkildə zəhərləyən 4 QİDA – Məşhur cərrahın siyahısı təəccübləndirdi
Nənələrimizin öskürək üçün bildiyi çay: Kəklikotu