Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir – VİDEO

Təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir – VİDEO

Dünya 14.11.2025 10:27 4

Azərbaycan–Gürcüstan sərhədində qəzaya düşən hərbi yük təyyarəsində şəhid olan 20 əsgər üçün Ankarada vida mərasimi keçirilir.

Az24.az xəbər verir ki, hərbçilərin nəşləri Ankarada Mürted Hava Bazasına gətirilib və onlar üçün xüsusi hərbi mərasim təşkil olunub.

Vida mərasimində şəhid ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin komandanlıq heyəti iştirak edib. Şəhidlərin cənazələri buradakı mərasimdən sonra son mənzilə yola salınmaq üçün öz doğma şəhərlərinə göndəriləcək.

Şəhid hərbçilərin 19-u bu gün yaşadıqları bölgələrdə keçiriləcək mərasimlərlə torpağa tapşırılacaq. Yalnız Şəhid Hava Pilot Yarbay Gökhan Korkmazın dəfn mərasimi isə şənbə günü İstanbulda keçiriləcək.

Dəniz

Reklam