Təyyarə qəzasında həlak olanların cənazələri Türkiyəyə yola salınır

Təyyarə qəzasında həlak olanların cənazələri Türkiyəyə yola salınır

Dünya 13.11.2025 18:19 3

Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.

Az.24.az-ın məlumatına görə,”Report”un Gürcüstan bürosu xəbər verir ki, cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb.

Şəhid olan 20 hərbçinin nəşlərini daşıyan “Koca Yusuf” A400M təyyarəsinin bir neçə saat sonra Tbilisi Beynəlxalq Hava Limanından Ankaraya hərəkət edəcəyi bildirilib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.

Reklam