Hava KƏSKİN DƏYİŞİR: 6 gün qar yağacaq, 20 dərəcə şaxta olacaq
Yanvarın 15-i axşam, 16-da gözlənilən qısa fasilədən sonra 17-si gündüzdən ölkə ərazisindən ikinci soyuq hava dalğasının keçməsi ilə əlaqədar hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Bu barədə Az24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.
Ölkənin rayonlarında, xüsusən də, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Əlverişsiz hava şəraitinin yanvarın 22-dək davam edəcəyi gözlənilir.
Reklam
Oxşar xəbərlər
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz
MİQ imtahanları ödənişli olacaq
Bu məlumatları sosial şəbəkələrdə paylaşmaq qadağan olundu
Magistratura imtahanlarında dəyişiklik edildi – RƏSMİ
Naxçıvanda bu ərazilər işıq olmayacaq