Təmiz və parlaq şüşələr üçün ƏN EFFEKTLİ ÜSULLAR
Evimizin balkon və pəncərə şüşələri zamanla çirklənir və ləkələnir. Bəzi hallarda adi şüşə təmizləyici vasitələr belə bu ləkələri tam aradan qaldıra bilmir. Şüşə və güzgülərin parlaq, ləkəsiz və təmiz görünməsi üçün həm düzgün vasitələrdən, həm də doğru üsullardan istifadə etmək vacibdir.
Az24.az ev şəraitində asanlıqla tətbiq edə biləcəyiniz ən effektli yolları təqim edir:
Şüşə və güzgünü necə təmizləmək lazımdır?
1.Sirkə və su qarışığı – Ən effektli üsul
Bir stəkan ilıq suya 2-3 xörək qaşığı ağ sirkə töküb qarışdırın.Qarışımı spreylə güzgüyə və ya şüşəyə sıxın. Mikrofiber dəsmal ilə dairəvi deyil, yuxarıdan aşağıya hərəkətlə silin.
2.Çay spirti – Ağardıcı effekt
1 litr suya 2-3 xörək qaşığı çay spirti əlavə edin. Qarışığı səthə sıxıb mikrofiber parça ilə silin. Xüsusilə barmaq izi və çirk qatını tez aparır.
3.Qazlı su
Qazlı su (mineral su) şüşəni çox gözəl parıldadır. Spreyə töküb səthə çiləyin, mikrofiber bezlə silin.
4. Quruma izlərinin qarşısını almaq üçün duzlu su
1 litr suya 1 çay qaşığı duz töküb qarışdırın. Bu qarışıq şüşədə su ləkələrinin qarşısını alır. Duş kabinələri üçün çox uyğundur.
5. Qəzet kağızı metodu – Klassik, amma effektiv üsul
Sprey vurduqdan sonra şüşəni qəzet kağızı ilə silə bilərsiniz. Çox parlaq edir, lakin mikrofiber qədər incə deyil.
Şüşə təmizləyərkən bunlara diqqət edin:
-Şüşəni birbaşa günəş altında silməyin — tez quruyub iz buraxır.
-Pambıq və ya tüklü bezlərdən istifadə etməyin, iz qoya bilər.
-Əvvəlcə çirk qatını silin, sonra parıldatma işini edin.
-Əgər səth çox çirkli və yağlıdırsa, əvvəlcə bir az maye sabunlu su ilə silin, sonra parıldadın.
Mikrofiber dəsmalı bir qədər quru halda istifadə edin. Səthi son dəfə yüngül şəkildə “polirovka” edin.
Reklam
Oxşar xəbərlər
Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR