“Taşacak Bu Deniz”in ulduzlarına “O Səs Türkiyə”dən TƏKLİF

“Taşacak Bu Deniz”in ulduzlarına “O Səs Türkiyə”dən TƏKLİF

Şou 26.11.2025 10:12 2

TRT-nin reytinqləri alt-üst edən “Taşacak Bu Deniz” serialının əsas qəhrəmanları Ava Yaman və Burak Yörük, Acun İlıcalının dəvəti ilə “O Səs Türkiyə”nin Yeni il xüsusi buraxılışında iştirak edə bilərlər.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, proqramın çəkilişləri üçün hazırlıqlar başlayıb. Lakin aktyorların səhnəyə çıxıb-çıxmayacağı serialın sıx çəkiliş qrafikindən asılı olacaq.

Məlumata görə, xüsusi buraxılışın çəkilişi 18 dekabr tarixində baş tutacaq.

Sosial şəbəkələrdə serialın fanları artıq bu çıxışı böyük həyəcanla gözləyirlər. Aktyorlar yalnız rolları ilə deyil, həm də səs bacarıqları ilə iddialı olduqları üçün proqramda iştirak ehtimalları daha da diqqət çəkib

Reklam