Tarif Şurası gecə ilə qərar verəcək, suyun qiyməti bahalaşacaq
Son günlər sosial şəbəkələrdə və ictimaiyyətdə gələn il su tariflərinin bahalaşacağı ilə bağlı müzakirələr artıb. Vətəndaşlar kommunal xərclərin yüksəlməsi ehtimalından narahatdır. Bəs, suyun qiymətinin artmasına zərurət varmı, bahalaşma ola bilərmi?
Az24.az konkret.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında su tariflərinin artırılması üçün real iqtisadi zərurətin olmadığını deyib.
Ekspert bildirib ki, kommunal xidmətlərin, o cümlədən suyun qiymətinin artırılması yalnız Nazirlər Kabineti yanında Tarif Şurasının qərarı ilə mümkündür:
“Burada hər hansı iqtisadi zərurətdən söhbət getmir, məsələ hökumətin qiymətləndirməsindən və büdcə siyasətindən asılıdır. Hökumət düşünürsə ki, büdcənin formalaşmasında müəyyən çatışmazlıq var, bu zaman kommunal xidmətlərdə qiymət artımına gedə bilər”.

Natiq Cəfərlinin sözlərinə görə, suyun maya dəyərində ciddi dəyişiklik və ya artım müşahidə olunmadığından, əslində qiymətlərin artırılması üçün əsas yoxdur:
“Əslində suyun qiyməti bahalaşmamalıdır. Amma büdcədə yaranmış problemləri kompensasiya etmək üçün hökumətin kommunal xidmət tariflərini qaldırması ehtimalı yüksəkdir. Yəni hər şey inzibati qərardan asılı olacaq”.
Ekspert gələn il su pulunun bahalaşması ilə bağlı ehtimalların məhz bu səbəblərdən gündəmdə olduğunu qeyd edib.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək