Tanınmış supermarketlər şəbəkəsi cərimələndi
“Bolmart”ın Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin Çökəli küçəsində yerləşən filialı su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyu talayıb.
Az24.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumu marketlər şəbəkəsi barədə protokol tərtib edib və “Bolmart”ın daxil olduğu şirkəti məhkəmə qaydasında 2500 manat məbləğində cərimələnib.
Şirkət isə məhkəmə qərarından apellyasiya şikayəti verib. İddia ərizəsində.qeyd olunub ki, protokolda əks olunan qanunsuz su qoşulması halı “Bolmart”ın orada fəaliyyət göstərməsindən əvvəl, başqa təsərrüfat subyektinin dönəmində mövcud olub.
Məhkəmə isə bildirib ki, tərtib edilmiş protokol tam əsaslıdır. Məlum olub ki, iki il müddətinə sudan qanunsuz istifadə edən “Bolmart” dövlətə 4104 manat ziyan vurub.
Qeyd edək ki, “Bolmart” hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsusdur.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…