Tanınmış müğənninin yüksək vəzifədə olan qardaşı işdən çıxarıldı – FOTO

Tanınmış müğənninin yüksək vəzifədə olan qardaşı işdən çıxarıldı – FOTO

Cəmiyyət 12.01.2026 11:24 40

Sumqayıt Tibb Mərkəzinin nəzdində 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.

Az24.az xəbər verir ki, yanvarın 9-da bununla bağlı Əmr imzalanıb.

Hazırda xəstəxananın baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.

“Report”un məlumatına görə, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.

***

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, M.Musayev hazırda xəstəxanada həkim vəzifəsində çalışır: “1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş kadr dəyişikliyi ilə bağlı bildiririk ki, Mətləb Musayev öz ərizəsilə 09.01.2026-cı il tarixində Mərkəzin direktoru Elnur Azadxanovun əmri ilə tutduğu baş həkim vəzifəsindən azad olunub.

O, ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilib”.

Reklam