Tanınmış müğənninin ölüm işində yeni detal: Qızı narkotik testi verdi

Tanınmış müğənninin ölüm işində yeni detal: Qızı narkotik testi verdi

Dünya 23.11.2025 11:05 25

Məşhur müğənni Güllü adı ilə tanınan Gül Tutun ölümü ilə bağlı aparılan istintaqda yeni detallar ortaya çıxıb.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaqda adı hallanan, şahid ifadələrində anasını itələdiyi və narkotik qəbul etdiyi iddia edilən Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu narkotik testindən keçiblər.

Xəstəxana çıxışında mətbuata açıqlama verən vəkilləri müvəkilləri barəsində həbs qərarının olmadığını, onların heç vaxt narkotik maddə qəbul etmədiyini bildirib.

“Lazımi saç nümunələri verildi. İstintaq davam edir və proses irəlilədikcə hər şey aydın olacaq.”

Tuğyan Ülkem Gülter də test üçün könüllü şəkildə xəstəxanaya gəliklərini deyib.

Reklam