Tanınmış meyxanaçı “Qarabağ”ı xəyanətdə suçladı: Qurban bizi incitdi

Tanınmış meyxanaçı “Qarabağ”ı xəyanətdə suçladı: Qurban bizi incitdi

Cəmiyyət 11.12.2025 16:39 80

Rüfət Nasosnu “Qarabağ”ın “Ayaks”a 2:4 hesabı ilə məğlubiyyətinə sərt tənqidi mövqe bildirib.

Az24.az xəbər verir ki, meyxanaçı matçı “azarkeşə, futbola və ölkəyə xəyanət” adlandıraraq, xüsusilə, futbolçu Nəriman Axundazadənin oyuna buraxılmasını məqsədli addım kimi qiymətləndirib:

“Dünənki oyun azarkeşə, futbola və nəhayət ölkəyə xəyanət idi. Nəriman oyuna məqsədli şəkildə buraxılıb (Qurbanov bunun səbəbini açıqlamalıdır).

Siz oyundan sonra yüzminlik maşınlarınızla milyonluq evinizdə dincələndə, biz tıxacda, yağış altında evin yolunu axtarırdıq.

Qurbanı çox böyütdük ki, daha da böyüsün, o isə bizi incitdi”.  (yenisabah.az)

Reklam