Namizəd Səfərova cinayət işi açıldı – YENİLƏNDİ

Namizəd Səfərova cinayət işi açıldı – YENİLƏNDİ

Hadisə 10.12.2025 12:06 160

Namizəd Səfərov barəsində 53 min manatlıq dələduzluğa görə cinayət işi başlanıb.

Az24.az xəbər verir ki, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir.

İttihama görə, o, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.

Qeyd olunan dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb və Namizəd Səfərov şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (apa)

***

Hüquqşünas, Vəkillər Kollegiyasının keçmiş üzvü Namizəd Səfərov saxlanılıb.

Az24.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

 

Reklam