Tanınmış alim və pedaqoq vəfat etdi – FOTO
Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, Azərbaycan Dillər Universitetinin müəllimi, tanınmış alim və pedaqoq Gülbəniz Camalova vəfat edib.
Az24.az xəbər verir ki, bu barədə yaxınları məlumat verib.
Alim 62 yaşında ürəktutması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, 1963-cü ildə Qazax rayonunda anadan olan G.Camalova 1982-1987-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən etibarən ADU-da fransız dilini tədris etməyə başlayıb və uzun illər Xarici Dillərin Tədrisi Metodikası kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib.
G.Camalova fransız dilinin ali və orta təhsil müəssisələrində tədrisinin gücləndirilməsi, müasir metodik yanaşmaların tətbiqi və ixtisaslı kadr hazırlığı sahəsində ardıcıl iş aparıb. O, fransız dilinin tədrisinin qorunub saxlanılması üçün prinsipial mövqeyi, maarifləndirmə və metodik dəstək fəaliyyəti ilə seçilib.
Eyni zamanda, APFAZ-ın təsisçisi və prezidenti kimi G.Camalova fransız dili müəllimlərinin peşəkar inkişafının dəstəklənməsi, birgə fəaliyyətin təşkili və dilin ölkə üzrə yayılması məqsədilə çoxsaylı layihələrə rəhbərlik edib. Onun təşəbbüsü ilə keçirilən ənənəvi Village Français tədbiri fransız dili və frankofon mədəniyyətinin təbliğində xüsusi əhəmiyyət kəsb edib. (yenisabah.az)

Reklam
Oxşar xəbərlər
Bərdə və Ağdamda odlu silah alveri edən qrup saxlanıldı – FOTO
Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO
Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU
Gəlin qaynının 9 minlik qızılını oğurladı
Rəhman Əsgərova küçə itləri hücum etdi – FOTO
Bakı-Sumqayıt yolunda avtobus yandı – FOTO