Taksi qiymətləri də artacaq? – AÇIQLAMA
Bayram günlərində taksi qiymətlərinin artması ictimaiyyətdə tez-tez müzakirə mövzusuna çevrilir. Bu fonda bayram günləri üçün sabit taksi tariflərinin tətbiqinin mümkün olub-olmaması maraq doğurur. Maraqlıdır, gələcəkdə bayram günləri üçün sabit taksi tarifləri tətbiq oluna bilərmi?
Az24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, taksi xidmətlərində qiymətlərin dövlət tərəfindən tənzimlənməsi mümkün deyil.
“Taksi şirkətlərinin fəaliyyəti sərbəst bazar prinsipləri əsasında qurulub və gedişhaqları dövlət qurumları tərəfindən müəyyən edilmir”.
Ekspert qeyd edib ki, taksi tarifləri operatorların özləri tərəfindən formalaşdırılır və qiymətlər bazar tələbinə uyğun dəyişir:
“Sabit tariflərin tətbiqi mümkün deyil. Çünki bu sahəyə dövlət müdaxiləsi yoxdur. Qiymətləri bazar müəyyən edir və bu da rəqabətin formalaşmasına şərait yaradır”.
Y. Mustafayev əlavə edib ki, taksi xidmətləri kommersiya fəaliyyətidir və bazar araşdırmaları aparan, qiymət siyasətini müəyyən edən mütəxəssislər mövcuddur.
Onun fikrincə, məhz bu mexanizm əsasında fəaliyyət göstərmək daha məqsədəuyğundur.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası