Suriyada ABŞ hərbçilərinə silahlı hücum: 3 ölü, 3 yaralı

Suriyada ABŞ hərbçilərinə silahlı hücum: 3 ölü, 3 yaralı

Dünya 14.12.2025 09:38 25

Suriyanın mərkəzində, Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinə qarşı hücum baş verib.

Az24.az xarici mətbuata istinala xəbər verir ki, hadisə nəticəsində iki amerikalı hərbçi və bir ABŞ vətəndaşı olan mülki tərcüməçi həlak olub. Hücum zamanı üç ABŞ hərbçisi də yaralanıb.

Pentaqon bildirib ki, hadisə İŞİD terror qruplaşmasına qarşı əməliyyatlar zamanı baş verib. Hücumu həyata keçirən silahlı şəxs müttəfiq qüvvələr tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Dəniz

Reklam