Süni intellekt nazir rüşvətə görə “saxlanıldı”
Albaniyanın Süni İntellekt Naziri Diella həbs edilib. O, yüksək sürətli avtomobil yollarının inşası ilə bağlı tenderləri “optimallaşdırmaq” üçün 14 bitkoin (təxminən 1,3 milyon avro) həcmində rüşvət almaqda ittiham olunur.
AZ24.az-ın “Newsbar” nəşrindən istinadən verdiyi məlumata görə, məhz bu səbəbdən Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu dövlət idarəçiliyində rəqəmsallaşdırma prosesini müvəqqəti olaraq dayandırıb və Diella “offlayn moduna” keçirilib.
Hər bir müqavilənin dəyərinin 10–15 faizi naməlum hesablar vasitəsilə köçürülüb və süni intellekt bu əməliyyatları “standart prosedur” kimi qiymətləndirib. Sistem şəbəkəsi bu addımların zəruri olduğunu düşünüb və onları cinayət kimi qəbul etməyib.
Prokurorluq bildirib ki, süni intellekt aldığı kriptovalyutanı öz server və proqram təminatı alımına sərf etməyi planlaşdırıb.
Nazirin süni intellektdən ibarət hüquqi nümayəndəsi isə “müştərisinin hərəkətlərini əsaslandıran” açıqlama yayıb. Onun sözlərinə görə, Diella-nın atdığı addımlar “stress testi olub, korrupsiya deyil”.
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”